Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
“İki sahil” xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 10 yeni xidməti avtomobil hədiyyə edilib. “Fiat Doblo” markalı avtomobillər post-patrul xidməti üçün nəzərdə tutulub.
Qeyd edək ki, post-patrul, növbətçi hissə və çevik polis alayı üçün yeni alınan “Fiat Doblo” markalı avtomobillər xidmətin operativliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal radio-rabitə, səsgücləndirici və sayrışan işıq sisteminə malikdir.
“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimi keçirilib
Xaçmazda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi keçirilib