Gəncədə qəbiristanlıqlardan metal güldanlar oğurlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə şəhər ərazisindəki qəbiristanlıqlardan birində gecə saatlarında naməlum şəxsin olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və bu zaman qəbiristanlıqdakı metal güldanları oğurlamaq istəyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin İbrahimov saxlanılıb.
Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən İ.İbrahimov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimi keçirilib
Xaçmazda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi keçirilib