Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi Məktəbin İnkişaf Planının (MİP) tətbiqi çərçivəsində məktəblərdə aparılan dərsdinləmələri davam etdirir.
İnstitutdan "İki sahil"ə bildirilib ki, aprelin 5-dən 7-dək paytaxtdakı 51 nömrəli tam orta məktəbdə müxtəlif fənlər üzrə 85 müəllimin dərsi müşahidə edilib. Dərsdinləmə prosesindən sonra müəllimlərə həm fərdi şəkildə konstruktiv rəy verilib, həm də dərslər zamanı müşahidə olunmuş bir sıra metodiki məsələlər pedaqoji heyətlə birlikdə müzakirə edilib. Müzakirələr zamanı müəllimlərə problemlərin aradan qaldırılması istiqamətində tövsiyələr verilib.
MİP tətbiq edilən bütün məktəblərdə dərsdinləmələrin davam etdirilməsi planlaşdırılır.
“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimi keçirilib
Xaçmazda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi keçirilib