31 mart 2023 14:24
704

İcma: Xalqımıza qarşı son 200 ildə ermənilər tərəfindən törədilmiş soyqırımıları faktlarla masa üzərinə qoyuruq

1918-1920-ci illərdə ermənilər Azərbaycanın müxtəlif bölgələrində, eyni zamanda İrəvanda, Zəngəzurda yüzlərlə Xocalı kimi faciələr törədib.

“İki sahil” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov deyib.

“Əlimizdə kifayət qədər faktlar var ki, ermənilər eyni vəhşiliklərlə onlarla, yüzlərlə kənddə əhalini qətlə yetirib, kəndləri demək olar, yer üzündən siliblər. Təəssüf ki, bunları Sovet dövründə yetərincə öyrənə bilməmişik. Bu gün Qərbi Azərbaycan İcması bütün bu məsələləri öz üzərinə götürüb və biz bütün faktları, sənədləri masa üzərinə qoyuruq.

“Biz adətən 1948-1953, 1987-1991-ci illərdəki etnik təmizləmələrdən, deportasiyalardan danışırıq, amma 1953-1987-ci illər arasında da Qərbi Azərbaycan ərazisində etnik təmizləmələr gedib, soydaşlarımızı tarixi torpaqlarından qovub çıxarıblar. Ermənilər 200 il ərzində yeritdikləri bu siyasəti sonuncu deportasiya zamanı başa çatdırıblar və 29.8 min kvadrat kilometrlik tarixi Azərbaycan torpaqları tamamilə soydaşlarımızdan təmizlənərək erməniləşdirilib” - deyə o qeyd edib.

Onun sözlərinə görə, ermənilər Azərbaycan ərazisinə köçürüldükdən sonra bunu gizlətmək üçün xalqımızın min illiklər boyu yaratdıqları mədəni irsini yer üzündən silməyə, saxtakarlaşdırmağa çalışıblar:

“Ulu Öndər Heydər Əliyev 1998-ci il 26 martda Azərbaycanlıların soyqırımı haqqında tarixi fərmanı imzalamaqla son 200 il ərzində xalqımıza qarşı törədilmiş soyqırımılara, etnik təmizləmələrə, deportasiyalara ilk dəfə tarixi-siyasi qiymət vermiş olub. 31 Mart əslində, rəmzi bir rəqəmdir. Çox təəssüf ki, ermənilər bu soyqırımı, eləcə də son 200 ildə xalqımızın başına gətirilən bütün faciələri unutdurublar. Biz təəssüf ki, bunu lazımınca öyrənə, öyrədə və dünyaya çatdıra bilməmişik. Xüsusuilə, Qərbi Azərbaycan ərazisində soydaşlarımıza qarşı törədilmiş cinayətlər barəsində nəsillər gənclərimiz kifayət qədər məlumat ala bilməyiblər”.

İcma sədri qeyd edib ki, Qafqazda xalqımıza qarşı baş verən bu faciələr Cənubi Qafqazın Çar Rusiyası tərəfindən işğalı, eyni zamanda İran və Osmanlıdan ermənilərin köçürülməsi ilə başlayır:

“Ermənilər bu bölgəyə gəlməkləri ilə bəla, separatçılıq, münaqişə gətiriblər. Bütün XIX əsr boyu köçürüldükləri ərazilərdə havadarlarına arxalanaraq soyadaşlarımıza qarşı etnik təmizləmə siyasəti yeridiblər. Özlərinin bu əraziyə gəlmə olduqlarını gizlətmək üçün həmin ərazilərdəki bütün Azərbaycan xalqının min illiklər boyu yaratdıqları mədəni irsi yer üzündən silməyə, saxtalaşdırmağa çalışıblar. Bu proses bütün XIX əsr boyu davam edib. Xüsususilə, 1890-cı ildə Tiflisdə “Daşnaksutyun” Partiyası yaradıldıqdan sonra ermənilər açıq silahlanmaya başlayıblar. Bunun da nəticəsində XX əsrin əvvəlində ilk açıq soyqırımı həyata keçiriblər”.