Qərbi Azərbaycan tarixinin akademik nəşri hazırlanacaq.
“İki sahil” xəbər verir ki, bunu Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, professor Cəbi Bəhramov deyib.
O bildirib ki, həmçinin bu ərazinin çoxsaylı tarixi-coğrafi xəritələrdən ibarət atlasının hazırlanması da qarşıda duran əsas hədəflərdəndir.