İcma Qərbi Azərbaycana Qayıdış planının hazırlanması üçün beynəlxalq icraçı tərəfdaş axtarır.
“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında qeyd edilib.
Bildirilib ki, Qərbi Azərbaycan İcması qayıdış prosesinin nizamlı və effektiv şəkildə həyata keçirmək məqsədilə müvafiq beynəlxalq icraçı tərəfdaş tapmaq üçün səy göstərəcək. Bu tərəfdaşın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının olmasına üstünlük veriləcək. İcma beynəlxalq icraçı tərəfdaş ilə birlikdə, tətbiq oluna bilən beynəlxalq standartlar əsasında, Azərbaycan hökuməti və Ermənistan hökuməti ilə təmaslar şəraitində qayıdışın detallı planını hazırlayacaq. Qayıdış planı tələb olunan addım və resurslar, dəqiq zaman çərçivəsi göstərilməklə prosesin mərhələlərini və istiqamətlərini təsvir etməlidir.