Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının istiqamət və prinsipləri açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında millət vəkili Hikmət Babaoğlu məlumat verib.
O, konsepsiyanın üç əsas prinsipə söykəndiyini deyib:
"Bunlardan birincisi, təhlükəsizlik, ikincisi, ləyaqət, üçüncüsü isə sülh yolu ilə qayıdışı təmin etməkdir. Eyni zamanda, bu konsepsiya qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtması üçün yol xəritəsi rolunu oynayacaq".