“Qərbi Azərbaycana Qayıdış İcması bundan sonra işini daha da sürətləndirəcək”.
“İki sahil” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu günü görən hər bir Azərbaycan vətəndaşı özünü xoşbəxt saymalıdır:
“Bu addımı atmağımızda bizi dəstəkləyən Prezident İlham Əliyevə icmamız adından öz minnətdarlığımızı bildiririk”.
“Fikrimcə, icma bundan sonra işini daha da sürətləndirəcək. 44 günlük müharibədə olduğu kimi bu konsepsiyanın həyata keçirilməsində də Azərbaycan xalqı Prezident İlham Əliyevin arxasında olacaq”-, M. Mərdanov vurğulayıb.