"Qayıdış Konsepsiyası sənədinin ayrı-ayrı müddəalarının həyata keçirilməsi üçün xüsusi tədbirlər planı hazırlanır. Düşünürəm ki, yaxın zamanda o plan da təsdiqlənəcək".
“İki sahil” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasındakı mətbuat konfransında Misir Mərdanov deyib.
Misir Mərdanov icma adından Prezident İlham Əliyevə təşəkkür edib: "Ermənilərin sülhdən yayınması əbəsdir. Fürsətdən istifadə edib, İcmanın bütün üzvləri adından cənab Prezidentə təşəkkür edirik. Cənab Prezident öz ad gününü gəlib İcmanın binasında keçirdi. Biz o gündən bu yana, demək olar ki, gecə-gündüz Qayıdış Konsepsiyasının üzərində işləmişik".