Tarixi faktlar silsiləsindən
Zaven Korkodyan “Sovet Ermənistanın əhalisi son yüzillikdə – 1831–1931” (kitab 1932-ci ildə İrəvanda çap edilib) adlı kitabında yazır:
“İndiki Ermənistan ərazisində mövcud olmuş İrəvan quberniyasının İrəvan, Üçmüədzin, Yeni Bəyazid, Aleksandropol və Gəncə quberniyasının Zəngəzur, Qazax-Dilican, Tiflis quberniyasının Loru-Pəmbək qəzalarındakı 2310 kəndin 2000-ni azərbaycanlılara məxsus olmuşdur... 1833-cü ildə İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə 27 min 246 nəfərindən 23 min 626 nəfəri, yəni 85,2%-i azərbaycanlı olmuşdur...”.
''Qəmərlidə olan 102 kənddən 94-də, Üçmüəzzində olan 71 kənddən 67- də azəri türkləri yaşayırdılar. Daşnak qırğınından sonra bu rəqəm köklü şəkildə dəyişilmişdi. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra Qəmərlidəki 102 kənddən 75-də, Üçmüəzzində isə 71 kənddən 52-də azəri türkləri yaşayırdı''