Qərbi Azərbaycan İcmasının rəhbər heyəti və icma üzvləri 20 Yanvar faciəsinin 33-cü ildönümündə Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə "İki sahil"ə İcmadan məlumat verilib.
Bildirilib ki, icma rəhbərliyi və üzvləri şəhidlərin məzarı üzərinə qərənfillər düzüb, müqəddəs ruhları qarşısında baş əyiblər.
Şəhidlərimizin xatirəsi icma üzvləri tərəfindən ehtiramla yad edilib, ruhlarına dualar oxunub.