Adyaman (Adıyaman) - İrəvan quberniyasının Aleksandropol qəzasında, sonradan Talın rayonunda kənd.
“İki sahil” xəbər verir ki, rayon mərkəzindən şimal-şərqdə yerləşir «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Qarnhovit qoyulmuşdur.
Adyaman - İrəvan quberniyasının Aleksandropol qəzasında Mənbədə İrəvan əyalətinin Məzrə və Şirakel nahiyələrində Adıyaman iki kəndin adı kimi qeyd olunmuşdur. 1919-cu ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qarnhovit adlandırılmışdır. Türkcə mənbələrdə kəndin adı Adiyaman kimidir. Hələ XIX əsrin I yarısında bu kəndin Yuxarı Adyaman və Aşağı Adyaman məntəqələri yaranmışdır. XIX əsrdə Şərqi Türkiyədə Adiyaman (başqa adı Xisn Mansur) qalasının adı ilə mənşəcə eynidir. Toponimin mənası məlum deyil.