Qədim yurd yerimz olan İrəvan şəhərinin yenidən qurulması adı ilə dağıdaraq, simasının dəyişdirilməsini əks etdirən nadir kadrlar yayılıb.-
“İki sahil” xəbər verir ki, 1931-ci ilə aid görüntüdən də aydın olur ki, dövlət qurumlarında yazılar həm də Azərbaycan dilində qeyd olunub. Ermənistan SSR-nin ilk illərində Azərbaycan dili dövlət dili səviyyəsində olub və bunu təsdiq edən mühüm fakt 1920-21-ci illərdə dövriyyə buraxılan əsginasların yazılışıdır.