Ucan - İrəvan quberniyasının Əştərək rayonunda kənd.
“İki sahil” xəbər verir ki, rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Uçan kimi əksini tapmışdır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim türk mənşəli uc etnoniminə cəmlik bildirən -an şəkilçisinin artırılması ilə düzəlib «ucların yaşadığı yer, uclara məxsus kənd» deməkdir. Etnotoponimdir.
Quruluşca düzəltmə toponimdir.
Kənddə 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 364 nəfər, 1897-ci ildə 444 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 318 nəfər, 1916-cı ildə 480 nəfər, 1918-ci ildə 300 nəfər yalnız azərbaycanlı türk yaşamışdır.
1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Muş, Van qəzalarından köçürülən ermənilər burada yerləşdirilmişdir.
İndi ermənilər yaşayır.