17 oktyabr 2022 13:42
458

Hansı narkoz növünün ana və uşaq üçün daha təhlükəsiz olduğuna aydınlıq gətirilib

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsrail Məhərrəmbəyli hansl narkoz növünün ana və uşaq üçün daha az yaxud tamamən təhlükəsiz olmağına aydınlıq gətirib.

Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, ekspert bildirib ki, hər bir anesteziya növünün, istər ümumi, istərsə də yerli anesteziyanın tətbiqi zamanı bu və ya digər hallarda ana və uşağın səhhətinə təsir edə bilər: “Bu təsir hamiləlik dövründə daha adi şəkildə özünü biruzə verə bilər ki, bunun üçün də anestezioloq hər bir anestetikin farmokokinetik və farmokodinamik xüsusiyyətlərini mükəmməl bilməlidir.

Ümumilikdə tibbi praktikada yerli anestetiklərin tətbiqi (epidural və spinal anesteziya) digər anesteziya növünə (ümumi kombinəolunmuş anesteziya) nisbətən daha təhlükəsiz və daha az orqanizmdə insident yaradan anesteziya kimi üstünlüyə malikdir. Bu, əsasən işlədilən dərmanların sayının az olması ilə özünü göstərir”.