Bu gün Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyevə və Rəşid Behbudov küçələrinin kəsişməsində avtomobilin skuteri vurması nəticəsində dünyasını dəyişən azyaşlı qızın kimliyi məlum olub.
“İki sahil” xəbər verir ki, bu haqda Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi polis kapitanı Toğrul Nəsirli məlumat verib.
O bildirib ki, hadisə 30 iyul Bakı vaxtı ilə Saat 19:30 radələrində baş verib.
Belə ki, həmin ərazidə hərəkət edən “Mercedes” markalı avtomobilin hərəkətdə olan skuteri vurması nəticəsində skuter sürücüsü Əhmədova Ülviyyə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.