“Lancet” elm jurnalında dərc olunan hesabata görə, təbii səbəblərdən başqa, il ərzində vaxtından əvvəl ölən 9 milyon insan hava, su və torpaq çirkliliyinin qurbanı olur.
2019-cu il üçün əldə edilən məlumatlara görə, bu rəqəmə görə hər altı ölümdən biri bu səbəbdən baş verib. Bu ölümlərin qocalma ilə əlaqəlisi yoxdur. Havanın, suyun və torpağın çirklənməsi nəticəsində yaranan xəstəliklər səbəbindən erkən ölümlər artmaqdadır. Bunlar xərçəng, tənəffüs problemləri, ürək xəstəlikləri, bağırsaq problemləri kimi zamanla yayılan xəstəliklərdir.
Hesabatdan bəzi diqqətçəkən məlumatları sizə təqdim edirik:
Hava çirkliliyi müharibə, terror, malyariya, QİÇS, vərəm, narkotik və alkoqoldan daha çox ölümə səbəb olub. Qeyd olunan ölüm sayının 75 %-nə (6,6 milyon insan) havanın çirklənməsi səbəb olub.
Suyun çirklənməsi səbəbindən 1,3 milyon, qurğuşun çirklənməsi səbəbindən isə 900 min ölüm halı baş verib.
Məqalədə Hindistan 2,4 milyon, Çin isə 2,2 milyon ölümlə siyahıda ilk iki yeri tutub.
Hava çirkliliyindən ən az ölüm Bruney, Qətər və İslandiyada qeydə alınıb.
Qlobal miqyasda havanın çirklənməsindən ölənlərin sayı 2000-ci ildə 2,9 milyon, 2015-ci ildə isə 4,2 milyon olub.
2021-ci ildə dünya miqyasında havanın çirklənməsi hesabatına görə Türkiyə dünyada 46-cı yerdədir. İğdır isə Avropa regionunun ən çirkli şəhəridir.
Qeyd edək ki, mütəxəssislər kömürlə işləyən elektrik stansiyalarının, polad zavodlarının və avtomobillərin havanın çirklənməsində böyük rol oynadığını bildiriblər.
Vüsal Cahanov, “İki sahil”