Artıq bir sıra Avropa ölkələrində, ABŞ, Kanada və hətta Avstraliyada meymunçiçəyi hallarına rast gəlinib.
“Rospotrebnadzor” bildirir ki, Rusiyada indiyədək bu xəstəliyə yoluxma halları aşkar edilməyib, lakin “Vektor” Elmi Virusoloji Mərkəzi artıq xəstələrdə virusun aşkarlanması üçün test sisteminin sınaqlarına başlayıb.
Meymunçiçəyi virusu əsasən, Mərkəzi və Qərbi Afrikanın tropik tropik meşələrinin yaxınlığında yerləşən ucqar ərazilərdə rast gəlinir. Ümumdünya Səhiyyə Təşkilatının saytında bu xəstəlik haqqında ətraflı məlumatı əks etdirən məqalə var.
Bu nadir zoonoz xəstəlikdir, yəni heyvanlardan insanlara ötürülür. Afrikada insanlar yoluxmuş heyvanlarla, o cümlədən bəzi gəmiricilərlə, meymunlarla təmas yolu ilə yoluxurlar.
İnsanlar arasında virus yaxın təmas, hava-damcı vasitəsilə ötürülür. Xəstənin istifadə etdiyi paltar və ya yataq dəsti ilə təmasda da keçə bilər.
Virusun hamilə qadınlar üçün də əhəmiyyətli bir risk olduğu bilinir, çünki infeksiya dölün inkişafına təsir göstərə bilər.
Adətən, bu xəstəliyin simptomları 2 həftədən 4 həftəyə qədər davam edir və öz-özünə yox olur, lakin ağırlaşma halları da mümkündür. Son vaxtlar ölüm halları 3-6% civarındadır. Yəni, təxminən 100 xəstədən 3-6 nəfər ölür.
Meymunçiçəyi virusu əvvəllər digər qitələrdə (Afrikadan başqa) epidemiyalara səbəb olub. Buna görə də tədqiqatçılar hesab edirlər ki, bu gün panikaya səbəb yoxdur.
Meymunçiçəyi virusunun insanlara yoluxması ən azı 1970-ci illərdən məlumdur və bizim necə mübarizə aparmağı çoxdan bildiyimiz viruslarla yaxından əlaqəlidir.
Bu, çiçək virusları adlanan bir ailədir. Buraya “vaccinia” virusu (dünyada ilk peyvəndin hazırlandığı) və çiçək xəstəliyinə səbəb olan” variola” virusu daxildir.
Bu viruslar DNT viruslarıdır və onlarda genomik mutasiyaların olma ehtimalı minimaldır. Buna görə də elm adamları yeni ştammların yaranması ilə bağlı o qədər də narahat deyillər.
Tarixi sübutlar göstərir ki, çiçək peyvəndi meymun xəstəliyinə qarşı təxminən 85% qoruyur.
Alimlər bildirirlər ki, çiçək xəstəliyi asimptomatik hallarda ötürülmür, ona görə də meymunçiçəyi də çətin ki, fərqli davransın.
Bununla belə, yeni epidemiya qeyri-adi xüsusiyyətlərə malikdir: müxtəlif yerlərdə əlaqəli olmayan yoluxma halları qeydə alınır.
Elm adamları bunun çox sayda asimptomatik infeksiya ilə əlaqəli olduğunu irəli sürürlər. Asimptomatik infeksiya həqiqətən də baş verə bilər, lakin adətən, çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanlarda.
Meymun çiçəyi xəstəliyinə qarşı təsirli peyvəndlər var - ikinci və üçüncü nəsil “vaccinia” virusundan istifadə edən canlı virus peyvəndləri.
Tədqiqatçılar hesab edirlər ki, virusun kökünü kəsməyin ən yaxşı strategiyası kütləvi peyvənd kampaniyası yox, yoluxmuş şəxslərin təmaslarını tapmaq və onlara peyvənd etməkdir. Bu yanaşma "halqa peyvəndi" adlanır və çiçək xəstəliyini aradan qaldırmaq üçün artıq uğurla istifadə edilmişdir.
Hələlik başqa bir mümkün epidemiya barədə həyəcan təbili çalmağa dəyməz, alimlər müxtəlif ölkələrin səhiyyə sistemlərinin bu xəstəliyin yayılması ilə mübarizə aparmağa hazır olduğundan əmin olmağı tövsiyə edirlər. Bu siyahıya test dəstlərinin, virus əleyhinə dərmanların yığılması və çiçək xəstəliyinə qarşı müasir peyvəndlərin yayılmasına hazırlıq daxildir.
Nubar Süleymanova, “İki sahil”