Franko Qalvan Martinez işləyərkən səhvən arı pətəyinə toxunduğu üçün arıların hücumuna məruz qalıb. Məlum olub ki, işıqlandırma ustası olan Martinez arıları görməyib və ağaca təhlükəsizlik kəməri ilə bağlı olduğu üçün qaça bilməyib.
Hadisə ABŞ-ın Texas ştatında baş verib. Lakin o, istəmədən arı pətəyini yerindən tərpədib. Bunu hücum kimi qəbul edən arılar eyni anda birdən Martinezi sancmağa başlayıblar. Çarəsiz vəziyyətdə ağacın ətəyindəki nərdivana çatmağa çalışan Martinez səhvən nərdivanı aşırdıb.
Hadisə yerində can verib
İki əməkdaşı 10 dəqiqə ağacdan asılı vəziyyətdə qalan Martinezə kömək etmək istəsələr də, arılar onlara da hücum edib. Martinez hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, ABŞ-da hər il 62 nəfər arı sancmasından ölür.
Vüsal Cahanov, “İki sahil”