16 aprel 2022 00:23
1531

Dünyamızın musiqi notları...

Hər birimiz fərqli əhval  ruhiyyədə olarkən sevərək dinlədiyimiz mahnılar var. Kimi klassik,həzin musiqi, kimisi isə əyləncəli musiqilər dinləməyi sevir. Musiqi  tək əyləncə vasitəsi deyil. Musiqinin insan sağlamlığınada böyük faydası var.

Gündəlik əhvalımızın musiqi seçimimizə çox təsiri olur. Dinlədiyimiz musiqinin tərzindən asılı olaraq əhvalımız düzələ və ya pisləşədə bilər. Mütəxəssislər bildirirlər ki, tək musiqinin üslubu deyil, onun ritm və, hansı musiqi alətində ifa olunması da mühüm haldır. Hər bir musiqi alətinin səsi insanın orqanizminə müəyyən bir təsir göstərir. Məsələn simli alətlər gitara,skripka, arfa və bu kimi musiqi alətlərindəbir musiqi səsləndikdə insanda mərhəmət və fədakarlıq hissi yaranır.Nəfəsli alətlər tənəffüs sisteminin fəaliyyətinə kömək etməklə, ağciyərləri və bronxları təmizləyir.

Zərb alətləri isəürək ritminin bərpa edilməsinə, qan dövranı sisteminə müsbət təsir göstərir. Musiqi ürəyə xeyirlidir, ruhun olduğu qədər, qəlbin də qidasıdır, ürək ritmini normallaşdırır, qan təzyiqini tənzimləyir,piylənmənin qarşısının alınmasında faydalıdır.Yemək yeyərkən dinlənilən musiqi insanın daha az və yavaş yeməsinə səbəb olur,  İmmuniteti gücləndirir immunitet sisteminizdə mühüm rol oynayan bir hüceyrənin miqdarını artıra bilir. Musiqi dinləmək üçün sadəcə 15 dəqiqə ayırmaq hüceyrələrə müsbət təsir göstərir, "yarımçıq" dünyaya gəlmiş uşaqların həyatda qalmasına yardımçı olur, hafizəyə və öyrənməyə kömək olur, yaşlı insanların keçirdiyi bəzi sıxıntılara dərman olur və özünüzü daha xoşbəxt hiss etmənizə yardımçı ola bilir. Bundan başqa, klassik musiqi həm də revmatizm xəstəliyinin dərmanı hesab olunur. Alimlər müəyyən etmişlər ki, klassik musiqi dinləyən xəstələr digər xəstələrə nisbətən daha tez sağalmışlar.İnsana müsbət təsir edən musiqilərdən biri də milli musiqilərdir. Etnik musiqilər rahatlaşmağa və dincəlməyə kömək edirlər. İnsanı öz tarixi köklərinə qaytaran milli musiqi insanda enerji mənbələrinin aktivləşməsinə səbəb olur.

Bilirsinizmi, istənilən musiqi əzələlərdəki yorğunluğu aparır və hərəkət qabiliyyətini artırır. Məsələn,  insanların bir çoxu musiqi dinləyərək işlərini görməyi sevir, hətta musiqi dinləyərək kitab oxuyan insanlarda var. Yuxuya getməkdə və rahat yatmaqda çətinlik çəkən insanlar musiqi dinləyərək bu problemdən qurtula bilərlər. Musiqi dinləmək ruhunuz və mənəvi sağlamlığınız üçün çox yaxşıdır. Musiqi dinləyərək əhval ruhiyyənizi gözəlləşdirə, özünüzü daha xoşbəxt və rahat hiss edə bilərsiniz.  Gözəl musiqi dərdi, sıxıntı və yorğunluğu insanın canından çıxarır, bir anlığa da olsa onu kədərin əlindən alıb əhvalında xoş ovqat yaradır. Gözəl həzin bir musiqi yaşamaq istəyini gücləndirir.

“Yaxşı musiqi can dərmanıdır” – dədə-babadan eşitdiyimiz bu söz öz kəsərini itirməyib. Gözəl bir musiqini dinləyən hər kəs başa düşür ki, insanlarda müsbət emosiyalar yaratmaq, həyat eşqini gücləndirmək üçün bu ən təsirli vasitədir.Hansı musiqinin sizə necə təsir etdiyini bilmək istəyirsinizsə müxtəlif üslublu mahnıları dinləyərkən nə hisslər keçirdiyinizi müəyyən edin.

Günay Hüseynova,
Naxçıvan Dövlət Universiteti, Jurnalistika ixtisası, II kurs tələbəsi