17 avqust 2026 22:22
85

Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib

Görkəmli Azərbaycan estrada və opera müğənnisi, bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin doğum günü ilə əlaqədar Moskvada onun xatirəsi yad edilib.

“İki sahil” xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin yaxınlığındakı parkda yerləşən Müslüm Maqomayevin abidəsi önünə onun ölməz yaradıcılığının və bənzərsiz səsinin pərəstişkarları toplaşıblar.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, diplomatik nümayəndəliyin əməkdaşları, eləcə də Müslüm Maqomayevin yaradıcılığının pərəstişkarları görkəmli sənətkarın abidəsi önünə gül dəstələri qoyublar.

Xatırladaq ki, avqustun 17-də dünyaşöhrətli azərbaycanlı müğənni və bəstəkar Müslüm Maqomayevin 84 yaşı tamam olacaqdı.