12 aprel 2022 16:30
1532

Sirrini verməyir sirdaşa dünya… - FOTO

Oliver Kromvellin kəllə sümüyünün olduğu yer

Oliver Kromvell 1600-cü ildə İngiltərədə monarxiya quruluşunu tək başına sona çatdıran əhəmiyyətli isimlərdən  biridir. Oliverin ölümündən sonra monarxiya quruluşu təkrar qurulmuşdur. Kral II Çarlsın əmri ilə  məzarı qazılaraq ölü olan Kromvellin təkrar öldürülməsi əmri verilmişdir. Cəsədini 12 saat ipdə asılı tutan Kral Çarls Kromvelin başını kəsdirmişdi. Daha sonra Kromvellin kəlləsi muzey tərəfindən alındı, daha sonra isə bir kolleksiyaçıya satıldı. Kəllənin son sahibi 1957-ci ildə vəfat etdi və oğlu kəlləni saxlamaq istəmədi. Kəlləni basdırmaq üçün 3 il yer axtaran ailə sonunda bunu reallaşdıra bildi. Hazırda 2 adam kəllənin yerini bilir. Deyilənlərə görə, onların ikisi də  Cambridge Universitetinin professorlarıdır. Çox maraqlıdır ki, məzarın üstündə heç bir işarə yoxdur, amma yaxınlarında məzarın istiqamətini göstərən bir işarə var.

Dyatlov keçidi hadisəsi

Bu hadisə də tarixdəki ən maraqlı hadisələrdəndir. Bir qrup rus tədqiqatçı dağda yollarını itirirlər. Tapıldıqda cəsədlərin  üzərində yalnız alt paltarı və corabları var idi. Bundan, əlavə hamısının sümükləri qırılmış halda idi. Bu hadisədə tədqiqatçıların çadırlarının içəridən cırılmış olması da bir çox sui-qəsd nəzəriyyəsi yaradır.

Ölümdən sonrakı həyat

Həyatlarında bir dəfə kliniki ölüm keçirmiş insanların bəziləri qaranlıq bir tuneldə yol alıb sonda isə ağ bir işığa qovuşduqlarına dair hekayələr danışırlar. Bu fikirlər son dərəcə təsiredici olmaqla bərabər təəssüf ki, hələ heç kim o dünyadan əlində bir sübut və  ya da dəlillə geri dönməyi bacarmayıb. O biri dünyaya şübhə ilə baxan alimlər sözügedən mövzunun travma keçirmiş bir beynin “məhsulu” olduğunu qeyd edirlər. Bunun üçün ölümdən sonrakı həyat hələ də sirr olaraq qalır.

Taos şəhərinin sirri

ABŞ-ın New-Mexico əyalətində yerləşən kiçik Taos şəhərini ziyarət edən bəzi turistlər və vətəndaşlar  illərdir çöl sahələrdə sehirli, gücsüz, sakit bir səsə sahib olan bir uğultu və titrəyiş eşitdiklərini deyirlər. Bu sözləri Taosda yaşayan insanların əksəriyyəti söyləyir. Bəziləri isə bu səsin çöldə havanın yaratdığı bir səs, bəziləri isə bunun uğursuz bir sirr olduğuna inanırlar. Bu yer haqqında dəqiq olan  bir gerçək var, o da indiyə kimi heç kimin bu səsin haradan eşidildiyini bilməməsidir.

“Coca – Cola”nın formulu

Dünyanın ən çox qazanc əldə edən şirkətlərindən olan “Coca-Cola”nın formulunun indiyədək sir olaraq qalır. Bir çox “Cola” markasının olmasına baxmayaraq hələ dünyanın lideri olmaqdadır. Tərkibi çox sadə görünsə də və ya bir çox ölkədə istehsal olunsa da, əslində əsl “Coca-Cola”nın dadını heç biri vermir. Formulun originalı və kopiyaları Atlantadakı “SunTrust” Bankında saxlanılır. Bu sirrin yaxşı saxlanması üçün şirkət “SunTrust” Bankına 48.3 milyon dollar  ayırmışdır. Qeyd edək ki, bu sirri bilən 2 insanın eyni təyyarədə səyahət etməsi belə  qadağandır.

Müəmmalı Pollok əkizləri

1957-ci ildə əkiz bacılar Coanna və Jacquilin Pollok bir avtomobil qəzasında ölürlər. Bir il sonra ölən əkizlərin anası iki qız dünyaya gətirir, hətta onlardan biri dənəsi ölən bacısı ilə eyni izi daşıyırdı. Bu qızlar ölən bacılarının oyuncaqlarının adlarını belə doğru xatırlayıb onların xatirələrinə sahib idilər.

Deja-vu

Fransız sözü olan deja-vu Azərbaycan dilinə tərcümədə “daha öncə görülmüş”  mənasını verir. O, xüsusi bir xatirə olaraq düşünülür və nə vaxtsa bu hadisəni görmüş olduğunuzu hissetmə halıdır. Hər kəsin həyatında bir və ya bir neçə dəfə yaşadığı bu hiss, təəccüblü, anlaşılmaz sehirli və tükürpədicidir. Alimlər deja-vu ilə əlaqədar bəzi açıqlamalar verməyə çalışsalar da, bu  hissin səbəbi hələ də sirr olaraq qalır.

Cicada tapmacaları

Sadə suallarla başlayan və getdikcə içindən çıxılmaz hala gələn bu puzzle 2012-ci ildə ortaya çıxmışdır. Dünyada fərqli forumlarda və bir çox məcrada üzərində düşünülən tapmacaları kimin hazırladığına dair heç bir fikir yoxdur.

Əhd sandığı

Hələ də sirr olaraq qalan əhd sandığının adı” İncil”də çəkilir. Yazıya görə, Tanrı Musa peyğəmbərə (s) elə bir məbəd tikməyi tapşırır ki, orada yəhudilər Allaha ibadət etsinlər. Məbəddə həmin əhd sandığının olduğu müqəddəs otaq da nəzərdə tutulmuşdu.  Akasiya ağacından hazırlanmış sandıq qızıldan olmalı idi. Sandıq həm də düşmənlərdən müdafiə olunmaq vasitəsi idi. Məhz ona yaxınlaşmaqla insanlar  qeyri-adi güc əldə edərək, düşmənə qalib gəlirdilər. Buna baxmayaraq həmin sandığın mövcudluğu barədə heç bir fakt, foto və sənəd yoxdur.

Qraf Drakulanın məzarı

Ən məşhur vampir kimi tanınan, Brem Stokerin personajı  olan qraf Drakulanın varlığı hələ də bir sirr olaraq qalır. Həqiqi Drakula indiki Rumıniya ərazisi olan Valaxiyanın knyazı olub. Türklərin qatı düşməni olan qraf  öz ölkəsində vətənpərvər qəhrəman və amansız cəllad kimi tanınır. 100 mindən çox insanın ölümünə fərman verən qraf Drakula 1476-cı ildə türklərlə Buxarest yaxınlığında döyüşdə öldürülüb. Türklər onun başını kəsərək Sultan 2-ci Mehmetə göndəriblər. Drakulanın bədəninin digər hissələrinin harada olması müəmmalıdır. Deyilənlərə görə, Snaqov monastırında dəfn edilib. Lakin orada aparılan arxeoloji tədqiqatlar qəbrin monastırda olmadığını sübut edib.

Sirli böyük ayaq izi

Yeni qitədə(Amerikada) illər boyunca insana bənzəyən, çoxlu tükü olan, iri ayaqlı bir varlıq gördüklərini söyləyən saysız-hesabsız insanlar var.  Ancaq bu günə qədər bu qorxulu varlığa aid bir dənə də olsun iz tapılmayıb. Ortada şəkillər, videoyazılar və şahidlərin açıqlamalarından başqa heç nə yoxdur.

Büllur kəllə

İndiana Consun məşhur filmlərindən sonra populyarlıq əldə edib. Onun sirri 1881-ci ildə Meksika arxeoloqları iki kəllə aşkar etdiyi vaxtdan başlayır. Mərkəzi və Cənubi Amerikada 13 belə büllur kəllə tapılıb. Belə bir nəzəriyyə var ki, bu kəllələr mayyalılar və asteklərlə bağlıdır.

Voyniç əlyazması

Bu əlyazma sirri hələ də açılmamış kodlarla yazılmış bir növ sənəddir. Ekzotik bitki rəsmləri və kosmik işarələr olan bu 14-cü əsr kitabının bir insanın xəyal gücü olduğu, yoxsa yad planetlilərə işarə etdiyi naməlum bir əlyazmasıdır.

Samirə Tağıyeva, “İki sahil”