12 aprel 2022 18:12
1179

Narsistlər sevməyi bacarırmı?

Narsistik xüsusiyyətlərə malik bir insanla münasibətdə olanlar təəccüblənir: narsist başqalarını həqiqətən sevə bilərmi?

Ağla gələn ilk cavab "yox"dur.  Bununla belə, narsisistik şəxsiyyət pozğunluğu diaqnozu qoyulmuş şəxslə narsistik şəxsiyyət xüsusiyyətlərinə malik şəxs arasında aydın fərq var. İkisi eyni şey deyil.

NŞP diaqnozunun qoyulması üçün pasient aşağıda sadalanan xüsusiyyətlərin beş və ya daha çoxuna sahib olmalıdır:

1. Şişirdilmiş dərəcədə özünə əhəmiyyət vermə, möhtəşəmlik hissi;

2. Təkəbbürlü davranış və münasibət;

3. Başqalarına qarşı paxıllıq;

4. Empatiyanın olmaması;

5. Şəxsi mənfəət üçün ətrafdakıları istismar etmək;

6. Hüdudsuz dərəcədə öz gücünə, zəkana və ya gözəlliyinə vurğun olmaq;

7. Sərhədlərə məhəl qoymamaq , könlündən keçən hər şeyi etmək;

8. Hər kəsin ona heyran olmasını istəmək;

Bu diaqnozun qoyulduğu insan, həqiqətən də, sevmək qabiliyyətinə malik deyil. Bu qəddar səslənə bilər, lakin NŞP-nin bir çox əlamətləri sevgi ilə uyğun gəlmir. Narsist sizə sevgi göstərə və diqqətli davrana bilər, lakin bu, adətən nəyinsə qarşılığındadır. Onlar üçün münasibət bir növ sövdələşmə, alverdir. Sevgidə eqoizmə , lovğalığa, istismarçılığa və paxıllığa yer yoxdur. Sözü gedən diaqnoza sahib şəxslə romantik və ya platonik münasibətlər isə toksik, dramatik və bəzi hallarda travmatik ola bilər. Belə ki, sizin emosional, fiziki və ya cinsi zorakılığa məruz qalma ehtimalınız var.

Nərmin Nərimanova