12 aprel 2022 15:37
1169

"Üç kuruş"dan ayrıldılar

"Show TV"də yayımlanan "Üç kuruş" serialında növbəti ayrılıqlar yaşanıb.

“İki sahil” xəbər verir ki, ekran işində Neriman obrazına həyat verən aktrisa Nursel Köse layihədən ayrılıb. Bundan başqa, serialda Baybars obrazını canlandıran Umutcan Ütebay da ekran işinə vida edib. Onlar ssenariyə əsasən layihədə öldürülüb.

Qeyd edək ki, serialın baş rollarını azərbaycanlı aktrisa Nəsrin Cavadzadə, Uraz Kayqılaroğlu və Ekin Koç canlandırır.