12 aprel 2022 01:38
824

“Samsung” ucuz telefonların dəstinə şarj aparatı qoymayacaq

“Samsung Galaxy A13” büdcəyə uyğun smartfonunun yeni nəslini şarj aparatı olmadan satışa çıxarılıb.

Bu hal ilə ABŞ və Avropada modelin ilk alıcıları qarşılaşıblar.

“Galaxy A13 One UI 4.1” Android 12 əməliyyat sistemi ilə və “Exynos 850” prosessoru ilə işləyən ucuz smartfondur.Telefon yüksək herts dəstəyi olmadan 6,6 düymlük FHD+ IPS displeylə təchiz edilib. Əsas kameraya 50 meqapiksellik modul, 5 meqapiksellik enli sensor, həmçinin 2 meqapiksellik sensor daxildir.

5000 mAh batareya cihazın avtonomluğuna cavabdehdir. “Samsung Galaxy A13” 25 Vt sürətli şarjı dəstəkləyir. Alıcılar dəstdə bütöv enerji təchizatı tapmayıblar- istehsalçı bu dəfə yalnız elektrik kabeli qoymaqla kifayətlənib.

Şarj cihazının ləğvi ilk dəfə “Apple” tərəfindən 2020-ci ildə “iPhone 12”nin təqdimatı zamanı tətbiq edilib. Cənubi Koreya istehsalçısı “Samsung” da S20 və onun ardınca gələn flaqman cihazlarından enerji təchizatını çıxararaq ekoloji cəhətdən əsaslandırılmış yeniliyi tez bir zamanda qəbul edib.

Nubar Süleymanova, “İki sahil”