09 mart 2022 13:40
470

Müdafə sənayesi müəssisələri ötən il 9.4 milyon manatlıq məhsul istehsal edib

Ötən il Müdafə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən 9.4 mln manat məbləğində mülki və ya ya ikili məhsullar istehsal edilib.

“İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

Bildirilib ki, bu rəqəm əvvəlki illərlə müqayisədə 3.0 % çoxdur.

Hesabat dövründə ixrac üçün istehsal edilmiş məmulatların həcmi kooperasiya nəzərə alınmaqla, 263.2 mln manat, o cümlədən mülki məhsullar üzrə 2.0 mln manat təşkil edib.

Bu da əvvəlki illərlə müqayisədə ümumi ixrac üzrə 31.5 %( o cümlədən mülki məhsullar üzrə 17.6 %) çoxdur.