07 fevral 2022 20:17
603

Moskvada Putin və Makron arasında görüş keçirilir VİDEO

Moskvada Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında görüş başlayıb.

“İki sahil” xəbər verir ki,  Putin-Makron danışıqları Kremldə keçirilir.

Qeyd edək ki, Fransa Prezidenti bu gün Rusiyaya işgüzar səfərə gəlib.