02 fevral 2022 14:18
662

Yüzlərlə miqrant Türkiyə sərhədinə axışır VİDEO

İran sərhədindən Türkiyəyə qanunsuz keçmək istəyən miqrantların görüntüləri yayılıb.

“İki sahil” xəbər verir ki,  sözügedən görüntüləri “Sözcü” qəzeti paylaşıb.

Görüntülər Türkiyənin Van vilayəti ilə İranın Hoy şəhərinin sərhəd kəndlərinə yaxın bölgədə iranlı qaçaqmalçılar tərəfindən çəkilib. Görüntülərdən güclü qar və soyuğa baxmayaraq yüzlərlə miqrantın Türkiyə sərhədinə doğru irəlilədiyini görmək mümkündür.