01 iyun 2021 12:33
811

İşğaldan azad edilmiş ərazilərdə poçt məntəqələrinin yerləri təyin edilir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində poçt şəbəkəsinin yaradılması nəzərdə tutulur. Hazırda onların yerləşəcəyi məkanlar təyin olunur.

“İki sahil” xəbər verir ki, bunu "Azərpoçt" MMC-nin baş direktorunun müavini Xəyyam Əlizadə deyib.

Onun sözlərinə görə, ərazilərin bərpası "Ağıllı şəhər" konsepsiyası üzərində aparılacaq ki, bu da özündə fərqli poçt xidmətlərinin göstərilməsini ehtiva edir.

"Orada poçt məntəqələri olacaq, onların qurulması nəzərdə tutulur və yerləri artıq demək olar ki, təyin edilməkdədir. İmkan yaradılan kimi, dərhal orada poçt şöbələri fəaliyyətə başlayacaq", - deyə X. Əlizadə qeyd edib.