Xorvatiyanin paytaxtı Zaqreb şəhərinin mərkəzi “Xorvat qardaşlığı” prospektində yerləşən fontan Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, fontan Azərbaycanın Respublika Gününün 103-cü ildönümü münasibətilə bəzədilib.
Axşam saatlarından etibarən fontan göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.