28 may 2021 16:44
1193

Yeniyetmə pianoçunun növbəti uğuru

Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Cəmil Sədizadə növbəti sənət yarışında ölkəmizi uğurla təmsil edib.

"İki sahil" xəbər verir ki, 13 yaşlı pianoçu İsraildə keçirilən “The 5th Scherzo İnternational Piano Competition Tel Aviv” müsabiqəsində 2-ci yeri tutaraq laureat adını qazanıb. Pandemiya ilə əlaqədar bu il müsabiqə onlayn formatda keçirilib.

Cəmil müsabiqədə 13-16 yaş qrupunda (“Advanced” kateqoriyası) yarışıb. Bu kateqoriyada ən kiçikyaşlı iştirakçı olsa da, çıxışı münsiflər tərəfindən yüksək qiymətləndirilib. Yeniyetmə pianoçu müsabiqədə Bax, Motsart, Paqanini və Şopenin əsərlərini ifa edib.

Cəmil Sədizadə hazırda Bakı şəhəri Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbində (7-ci sinif) Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovanın sinfində təhsil alır.