26 may 2021 14:08
1558

Mustafa Ceceli və Sərdar Ortaç Bakıya gəlir

Türkiyənin iki məşhur müğənnisi - Mustafa Ceceli və Sərdar Ortaç Azərbaycana gəlir.

“İki sahil” xəbər verir ki, ifaçılar Bakının iki fərqli məkanında səhnəyə çıxacaqlar.

Belə ki, S. Ortaç mayın 29-da, M. Ceceli isə iyunun 5-də şou proqramla pərəstişkarlarının qarşısında çıxış edəcək.