Konstitusiya Məhkəməsi həssas sosial qrupa daxil olan insanların əmək hüquqlarının müdafiəsi ilə bağlı qərardad qəbul edib
Konstitusiya Məhkəməsi həssas sosial qrupa daxil olan insanların əmək hüquqlarının müdafiəsi ilə bağlı qərardad qəbul edib. Bu qərardad bir neçə kateqoriyadan olan insanların işdən çıxarılmasını qadağan edir. Bəs bu qadağa kimlərə şamil olunur?
Qərarda qeyd olunur ki, müəyyət kateqoriyadan olan insanlar işdən çıxarıla bilməz.
Bu kateqoriyadan olanlar yalnız iki halda işdən çıxarıla bilərlər.
Hətta həssas bu insanlar əmək vəzifələrini kobud şəkildə pozsalar belə onların əmək müqaviləsi yenə də saxlanılır.
Konstitusiya Məhkəməsinin qərarında vurğulanır ki, sosial cəhətdən həssas olan bu insanlara qarşı nəzərdə tutulan güzəştlər Azərbaycanın sosial yönümlü bir dövlət olduğunu bir daha təsdiqləyir. Bu ifadə sözdə yox, vətəndaşlarının hüquqlarının müdafiəsi üçün yazılan qanunlarda real şəkildə öz əksini tapıb və məhkəmə orqanları tərəfindən əsas mənbə olaraq istifadə edilir.