02 aprel 2021 09:47
899

Sərnişin qatarı qəzaya uğrayıb - VİDEO

Tayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb.

"İki shail" xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.

Qeyd edilir ki, qəza təxminən yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 5:00-da) Xuayalyan rayonunda tuneldə olub.

Hadisə zamanı qatarın 8 vaqonunda 350 sərnişin olub.

Bildirilir ki, ikinci və üçüncü vaqon relsdən çıxıb, nəticədə bir sərnişin ölüb, daha iki nəfər xəsarət alıb.

Birinci üç vaqondan artıq 60 sərnişin azad edilib, bununla yanaşı, dördüncü və beşinci vaqon güclü zərər dəyib, hazırda xilasetmə əməliyyatı aparılır.

Agentlik fövqəladə xidmətlərə istinadən bildirib ki, görə, “qəza yerində həyat əlaməti olmayan çox insan var".

"Reuters" agentliyi isə bildirib ki, qəza nəticəsində azı 4 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.