Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) zərbələri nəticəsində Rusiyanın Krasnodar diyarının Temryuk rayonunda yerləşən dəniz terminalında yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev sosial şəbəkələrdə məlumat verib.
"PUA qalıqlarının düşməsi nəticəsində dəniz terminalında yanğın baş verib. Təəssüf ki, bir nəfər həlak olub", - o qeyd edib.
İlkin məlumata görə, üç nəfər xəsarət alıb.
Kondratyevin sözlərinə görə, yanğının söndürülməsinə 96 nəfər, Rusiya Fövqəladə Hallar Nazirliyinin texnikası da daxil olmaqla 30-dan çox texnika cəlb olunub.
Böyük Britaniyada güclü fırtına nəqliyyatın hərəkətini pozub, kütləvi tədbirlər ləğv edilib
Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 17 nəfər həbs edilib