ABŞ baş prokurorlarının koalisiyası OpenAI ilə bağlı araşdırmaya başlayıb.
“İki sahil” xarici mediaya istinadla yazır ki, OpenAI-yə cümə günü Nyu-York Baş Prokuroru tərəfindən çağırış vərəqi təqdim edilib. Çağırış vərəqəsində şirkətdən əməliyyatlarını və istifadəçilərə təsirini ətraflı şəkildə əks etdirən sənədlər təqdim etməsi tələb olunur. Buraya reklam, auditoriyanın cəlb edilməsi və saxlanması metodları və şəxsi məlumatların emalı mexanizmləri daxildir. Çağırış vərəqəsində platformanın yetkinlik yaşına çatmayanlar və yaşlılarla qarşılıqlı əlaqəsi ilə bağlı sorğular da yer alır.
OpenAI Baş Prokurorluğun ofisləri ilə konstruktiv əməkdaşlıq etmək niyyətində olduğunu açıqlayıb.
İyun ayının əvvəlində Florida hakimiyyəti OpenAI-nin baş direktoru Sem Altmana qarşı yetkinlik yaşına çatmayanlara zərər verdiyinə görə məhkəmə iddiası qaldıran ilk ABŞ ştatı olub . Onlar platformanı qəsdən yanlış məlumatlandırmaqda ittiham ediblər.
Böyük Britaniyada güclü fırtına nəqliyyatın hərəkətini pozub, kütləvi tədbirlər ləğv edilib
Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 17 nəfər həbs edilib