Ekvatorial Qvineyanın şimal-qərbindəki Bata şəhərində dörd güclü partlayış nəticəsində azı 20 nəfər həlak olub.
"İki sahil" xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Ekvatorial Qvineyanın Səhiyyə Nazirliyi bildirib ki, partlayış nəticəsində azı 300 insan xəsarət alıb. Bununla yanaşı, xeyli sayda insan itkin düşmüş hesab edilir.
Hadisənin səbəbi hələ məlum deyil. Lakin EFE agentliyi partlayışların mərkəzinin hərbi obyektlərin olması barədə məlumat yayıb. Söhbət xüsusi təyinatlı qüvvələrin yataqxanasından gedir. Onun yaxınlığında yaşayış məntəqəsi yerləşir.