07 yanvar 2021 14:45
1475

"Nizami Gəncəvi İli"ndən paytaxt sakinlərinin gözləntiləri

Dövlət başçısı İlham Əliyev 2021-ci ilin  Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Möhtərəm Prezidentimizin “Nizami ili” haqqındakı mühüm tarixi əhəmiyyətə malik olan Sərəncamı Nizami Gəncəvinin həyatı və yaradıcılığını bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil etməyə geniş imkan yaradan tarixi sənəd kimi mühüm əhəmiyyətə malikdir.

Qürurverici haldır ki, Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.görkəmli Azərbaycan şairinin adı onun vətəni Azərbaycanda əbədiləşdirilmişdir. Müstəqil Azərbaycan dövlətinin təşəbbüsü və dəstəyi ilə Moskvada, Pekində, Romada Nizami Gəncəvinin heykəlləri ucaldılmışdır. Azərbaycanda Nizami Gəncəvinin anadan olmasının 800, 840  və 870 illik yubileyləri dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunmuşdur. Dahi sənətkar Nizami Gəncəvinin ölməz əsərləri həmişə gəncdir, aktualdır, bəşəridir və müasirdir. Nizami bütün zamanlar üçün humanizmin, ədalətin, bərabərliyin böyük carçısıdır.

“İki sahil.az” saytı sizlərə paytaxt sakinlərinin  “Nizami Gəncəvi İli” haqqında gözləntilərini təqdim edir: