Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsi anılıb, abidəsi önünə gül dəstəsi qoyulub.
“İki sahil” xəbər verir ki, mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə parlamentinin üzvləri, Azərbaycanın qardaş ölkədə fəaliyyət göstərən müxtəlif strukturlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş mərasimin iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun xatirəsini ehtiramla yad ediblər.
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır