8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, İdarə Heyətinin üzvləri və struktur bölmə rəhbərləri Zəfər abidəsini ziyarət ediblər.
Ziyarət zamanı Agentliyin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, Qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.
Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Zəfər abidəsini ziyarət ediblər
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb