08 noyabr 2026 20:54
74

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

Azərbaycanın 8 Noyabr - Zəfər Günü bayramı münasibətilə Türkiyənin paytaxtı Ankarada məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılır.

“İki sahil” xəbər verir ki, İstanbulun məşhur körpüsü də Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.