Noyabrın 8-i saat 16:00-a olan faktiki hava açıqlanıb.
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə intensiv xarakterlidir.
Bakıda və Abşeron yarımadasında, Şahbuz, Culfa, Gədəbəy, Zaqatala, Oğuz, Şamaxı, Qobustan, Göyçay, İsmayıllı, Ağdam, Altıağac, Quba, Qusar, Xaltan, Kürdəmir, Sabirabad, Saatlı, Lənkəran, Astara, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Goranboyda arabir yağış, Şahdağ, Xınalıq, Gədəbəy, Daşkəsən və Sarıbaşda (Qax) isə qar yağır.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti saniyədə 24 metrədək güclənir.
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə ASA və üzv sığorta şirkətlərinin rəhbərləri və nümayəndələri Zəfər Parkını kollektiv ziyarət ediblər