Mayın 10-da Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib.
“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları və digər rəsmi şəxslər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Muzeyin dəyərli eksponatlarına baxış zamanı Ulu Öndər Heydər Əliyevin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən mənalı ömrünün Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.
“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
Xilasedici xidmətlərin yerləşdirilməsi risklərin qiymətləndirilməsi əsasında aparılır
Dilçi-alim: Ana dili və hərbi ünsiyyət mədəniyyəti Azərbaycan Ordusunun mənəvi gücünü tamamlayan mühüm amillərdir
Akşin Əlili: Rəsmi çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil olunur, qeyri-rəsmi ərazilərdə isə...