Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Culfa rayonunda anım mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynovanın, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Ümummilli Liderin büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra Culfa Rayon Mədəniyyət Sarayında konsert proqramı təşkil olunub. Culfa Rayon Mədəniyyət Şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış musiqili-bədii proqram iştirakçılara təqdim olunub.
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır