13 noyabr 2020 13:50
696

28 ildən sonra Şuşada cümə namazı qılındı VİDEO

Azərbaycanlılar 28 ildən sonra ilk dəfə Şuşada, Gövhər ağa məscidində cümə namazı qılıb.

"İki sahil" Report-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb.

Namaz vəhdət şəklində, yəni sünni və şiələrlə birlikdə qılınıb.

Qeyd edək ki, Azərbaycan Ordusu 28 ildən sonra, bu il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edib.