13 noyabr 2020 13:06
824

Ermənilər unitazları da söküb apardılar  VİDEO

Noyabrın 15-nə kimi Kəlbəcəri tərk etməli olan ermənilər köçərkən aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər.

"İki sahil“ xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, bunu “BBC”nin hazırladığı reportajda da görmək mümkündür. Belə ki, videoreportajda düşmənin pəncərə çərçivələrini, unitazları belə apardığı görünür.

Materialda ermənilər həmçinin yaşadıqları evlərdə azərbaycanlıların yaşamaması üçün yanğınlar törətdiklərini etiraf ediblər.