10 noyabr 2020 10:17
822

Bakı sakinləri şəhid generalın məzarını ziyarətə axışır - VİDEO

Bakıda sakinlərin qələbə sevinci davam edir.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, paytaxt sakinləri 2-ci Fəxri Xiyabana üz tutub.

Sakinlər şəhid general-mayor Polad Həşimovun, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və digər şəhidlərimizin məzarını ziyarətə axışır.