"Plan yerləri hələ ki, bizə məlum deyil. Amma bilirik ki, keçənilki səviyyədə olacaq".
“İki sahil” xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ASAN TV-yə müsahibəsində deyib.
"Keçən il, təxminən 60 minə yaxın plan yeri verilmişdi. 28 mini dövlət sifarişli yerlər idi. Bu, o deməkdir ki, həmin o yerlərdə oxuyan şəxslərin təhsil haqqı hökumət tərəfindən ödənilir və bu rəqəmlər ildən-ilə artır. Faktiki olaraq, indi təqdim olunan yerlərin 50 faizi dövlət sifarişli yerlərdir", - deyə M. Abbaszadə vurğulayıb.
BDU-da “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı Beynəlxalq konfrans keçirilir
58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2026) ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyən olunub!