09 noyabr 2020 12:31
561

YAP Gəncə GB maraqlı videoçarx hazırlayıb - VİDEO

YAP Gəncə şəhər təşkilatının Gənclər Birliyi Bayrağı Günü ilə bağlı maraqlı videoçarx hazırlayıb

Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız qürurumuz, milli-mənəvi dəyərlərə, azadlıq məfkurəsinə və ümumbəşəri ideallara sadiqliyimizin simvoludur.

YAP Gəncə şəhər təşkilatından "İki sahil"ə bildiriblər ki, təşkilatın Gənclər Birliyinin 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə hazırladığı videoçarxda bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımızın Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirdiyi qeyd olunur.

Bayrağımızın rənglərinə uyğun milli geyimlərdə olan gənclər mavi göylərin bəyaz və qızıl süsünə, müstəqilliyimizin rəmzi, milli qürurumuz, milli kimliyimizə həsr edilən şeirlər səsləndirib, dövlət atributumuzun uca zirvələrdə qürurla dalğalandığını fəxrlə bildiriblər.