Rusiyanın “Russia-1” telekanalı Ermənistan ordusunun Bərdəyə raket hücumlarına dair reportaj hazırlayıb.
"İki sahil" “Report”a istinadən xəbər verir ki, reportajda bu hücumlar zamanı ölən və yaralananlar barədə söhbət açılır, şəhərin “Smerç” yaylım atəş qurğularından vurulduğu qeyd olunur.
Xatırladaq ki, cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə bu il oktyabrın 28-də Ermənistan ordusunun raket hücumu nəticəsində 26 dinc sakin həlak olub, 70-dən çox insan yaralanıb.
BDU-da “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı Beynəlxalq konfrans keçirilir
58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2026) ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyən olunub!